PKK bu bölgəni işğal etdi
Kateqoriya məlum deyil
Sincarda yenə PKK və ona bağlı qruplar fəaliyyət göstərir.
Sfera.az xəbər verir ki, bunu peşmərgə qüvvələrinin Sincar cəbhəsi üzrə komandanı Serbest Lezgin deyib.
O bildirib ki, PKK bölgəni işğal edib:
"İraqda bəzi qruplar PKK-ya yardım edir. Hətta elə bir səviyyəyə gəliblər ki, PKK həmin qrupun formasını geyinir. Eyni zamanda, həmin qrup vasitəsilə İraq hökumətindən maaş alırlar”.






