Koronavirus peyvəndi vurulan tibb bacısı huşunu itirdi – FOTO
Kateqoriya məlum deyil
Tibb bacısı koronavirusa qarşı
"Pfizer" peyvəndi vurdurduqdan sonra huşunu itirib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ABŞ-ın Tennesi ştatında, Memorial Xəstəxanada keçirilən mətbuat konfransında - canlı yayım zamanı baş verib.
Peyvənd vurulan tibb bacısının təxminən 17 dəqiqə sonra başı gicəllənib və daha sonra o, huşunu itirib.
Qeyd edək ki, bu "Pfizer" peyvəndinin tətbiqindən sonra baş verən 3-cü belə hadisədir. Bundan əvvəl bir tibb işçisinin peyvənddən sonra bədəni allergiya olmuş, digəri isə özünü çox pis hiss etmişdi.
Jalə Mehdi
Sfera.az






