COVID-19 peyvəndindən imtina edənlər cəzalandırılacaq
Kateqoriya məlum deyil
Braziliya Ali Federal Məhkəməsi müvafiq qanunun tətbiqi ilə səlahiyyətlilərə koronavirus əleyhinə peyvənddən imtina edən vətəndaşlara məhdudiyyət qoymalarına icazə verib.
Sfera.az xarici mətbuata istinadən bildirir ki, kollegiya hakim Rikardu Levandovskini dəstəkləyib.
Hakim peyvənddən imtina edənlər üçün müəyyən yerlərə getməyi və ya müəyyən fəaliyyətlərə qadağa tətbiq edildiyini nümunə gətirib.
Məhkəmə insanların məcburi peyvənd edilməsinə dair hər hansı bir qərarın ölkənin konstitusiyasını pozacağını vurğulayıb. Ancaq Braziliya rəhbərliyinə peyvənddən imtina edən vətəndaşlara məhdudiyyətlər qoyma imkanı verib.
Braziliya yeni növ koronavirusa yoluxma hallarına görə dünyada üçüncü yerdədir.
Ülvi
Sfera.az






