Makron koronavirusa yoluxdu
Kateqoriya məlum deyil
Fransa prezidenti Emmanuel Makron koronavirusa yoluxub.
Sfera.az bildirir ki, bu barədə Yelisey Sarayı məlumat yayıb.
Bildirilib ki, Fransa Prezidenti ilk simptomla üzləşən kimi analiz verib. Onun analizinin cavabı pozitiv olub.
"Prezident özünü 7 gün müddətinə izolyasiya edib. O, evdən işləməyə davam edəcək", - deyə məlumatda qeyd edilib.
Makronda koronavirusun hansı simptomunun müşahidə olunduğu isə açıqlanmayıb.
Aysel
Sfera.az






