Logo

ATƏT PA-nın prezidenti dəyişib

ATƏT PA-nın prezidenti dəyişib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
31 oktyabrda Gürcüstanda parlament seçkilərinin keçirilməsi və Gürcüstan parlamentinin yeni çağırışının fəaliyyətə başlaması ilə əlaqədar ATƏT PA-nın Prezidenti Georgi Tsereteli vəzifəsini tərk edib.

Sfera.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib.

Bildirilib ki, G.Tseretelinin vəzifəsini assambleyanın vitse-prezidenti, Böyük Britaniyadan olan Peter Lord Bovness təhvil alıb.

Qeyd edək ki, Gürcüstanın müxalif "Avropalı Gürcüstan” partiyasının üzvü olan Georgi Tsereteli 2017-ci ildən ATƏT PA-nın Prezidenti idi.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR