Logo

Katolikos II Qaregin Paşinyanı istefaya çağırdı

Katolikos II Qaregin Paşinyanı istefaya çağırdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bütün ermənilərin katolikosu II Qaregin Baş nazir Nikol Paşinyanı istefaya çağırıb.

Sfera.az  "Sputnik Ermənistan”a istinadən xəbər verir ki, II Qaregin parlamenti xalqın tələblərini dinləməyə, yeni baş nazir seçməyə və milli razılıq hökuməti qurmağa çağırıb.

Erməni Apostol Kilsəsinin rəhbəri müraciətində ​​Qarabağdakı müharibədən sonra xalqın ağır itki yaşadığını bildirib. Onun sözlərinə görə, çoxsaylı itkilər və Qarabağın əhəmiyyətli bir hissəsinin itirilməsi milli birliyi və həmrəyliyi pozub.

"Həyəcan verici hadisələrdən narahat olaraq Baş nazir Nikol Paşinyanla da görüşdük. Cəmiyyətdə artan gərginlik, xarici və daxili problemlər, eləcə də xalqın Baş nazirə olan inamının aşağı olması səbəbindən və mümkün toqquşmalar və faciəli hadisələrin qarşısını almaq üçün onu səlahiyyətlərini təhvil verməyə çağırdıq” - deyə Katolikosun açıqlamasında ​​qeyd olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR