Mənşəyi bəlli olmayan xəstəlik 300 nəfəri öldürdü

Dünya
11:37 / 07.12.2020
2495
Hindistanın cənub-şərqində, Andra Pradeş əyalətinin Eluru şəhərində mənşəyi bəlli olmayan xəstəlik yayılıb.
Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, bu naməlum xəstəlik səbəbilə artıq 300 nəfər ölüb.
"Xəstəxanaya gələnlərin çoxu uşaqlardır. Onların gözlərində yanma olduğunu müəyyənləşdirdik. Sonra onlar qusmağa başladılar və bəziləri titrəyərək şoka düşdü", - deyə Eluru Dövlət Xəstəxanasından bir səlahiyyətli bildirib.
Xəstəliklə bağlı araşdırmalara başlanılıb. İlk əvvəl şikayətlərin şəbəkə suyundan və hava çirkliliyindən qaynaqlandığını düşünsələr də, daha sonra belə olmadığı anlaşılıb.