Logo

Rusiyanın 81 regionunda kütləvi tədbirlər qadağan olundu

Rusiyanın 81 regionunda kütləvi tədbirlər qadağan olundu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Rusiya Federasiyasının bütün subyektlərində insanların kütləvi olduğu yerlərdə dezinfeksiya rejimi gücləndirilib, 81 regionda isə koronavirusun yayılması ilə əlaqədar kütləvi tədbirlər qadağan edilib.

Sfera.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini tatyana Qolikova deyib.

"Bu gündən etibarən ölkənin bütün regionlarında maska rejimi tətbiq olunub, insanların kütləvi olduğu yerlərdə, o cümlədən ictimai nəqliyyatda dezinfeksiya rejimi gücləndirilib. 81 regionda kütləvi əyləncə tədbirləri və gecə vaxtı ictimai qidalandırma xidmətləri qadağan olunub. Eyni zamanda 65 yaşdan yuxarı şəxslər və xroniki xəstəliyi olanlar üçün məhdudlaşdırıcı təbdirlər tətbiq edilib”, – Qolikova bildirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR