Zöhrabyandan Bakıya “cavab”: Biz də matəm elan edək!
Kateqoriya məlum deyil
10 noyabrın "Vətənə xəyanət günü” elan edilməsi məsələsini müzakirə edirik.
Sfera.az xəbər verir ki, bunu Çiçəklənən Ermənistan Partiyasından deputat Naira Zöhrabyan deyib.
"Nikol Paşinyan bizdən 8 mayı aldı, Şuşanın azad olunması ilə bağlı üçqat bayramımızı oğurladı. Bu səbəbdən 10 noyabrı "xəyanət günü” kimi qeyd etməliyik, bu günü matəm elan etməliyik”, – Zöhrabyan bildirib.
Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı iki sərəncamla 27 sentyabr Anım, 10 noyabr isə Zəfər günü elan olunub.axar.az






