Logo

Maradonanın son mesajında nə yazılıb?

Maradonanın son mesajında nə yazılıb?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanın son səs yazısı üzə çıxıb.

Sfera.az xarici mətbuata xəbər istinadən xəbər verir ki, veteran hücumçu ölümündən öncə keçmiş həyat yoldaşı Veronika Oxedanın sevgilisi Mario Bodriyə səsli mesaj göndərib.

Mərhum futbolçu Bodridən Oxeda və 7 yaşlı oğlu Dieqo Fernandoya yaxşı baxmasını istəyib: "Salam, Mario. Bu, Dieqodur. Bəlkə də, sözlərimə inanmayacaqsan, amma görürəm ki, Veronika yaxşı qadındır. Mənə dedi ki, siz birlikdə yaşayırsınız. Onun və əvəzolunmaz mələyim Dieqonun qeydinə qal. Çox oğlum var, amma məni sonuncu ağ saçlarımdan məhz Fernando xilas edəcək".

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də ürəktutmasından dünyasını dəyişib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR