Pfizer/BioNTech COVID-19 peyvəndi təsdiqləndi - Koronavirusa qarşı vaksinləmə başlanılır

Pfizer/BioNTech COVID-19 peyvəndi təsdiqləndi - Koronavirusa qarşı vaksinləmə başlanılır
İngiltərədə koronavirusa qarşı vaksinləməyə gələn həftədən başlanılacaq.

Sfera.az xəbər verir ki, bu barədə İngiltərənin Səhiyyə naziri Met Henkok tvitter hesabında yazıb.

Nazir bildirb ki, İngiltərə dünyada vaksini tədarük üçün təsdiqləyən ilk ölkədir:

"Kömək yodadır. Dərmanlar və Sağlamlıq Məhsullarını Tənzimləmə Agentliyi rəsmi olaraq Pfizer / BioNTech COVID-19 peyvəndini təsdiqlədi. Milli Səhiyyə Xidməti gələn həftədən peyvəndə başlayacaq. İngiltərə dünyanın ilk ölkəsidir ki,  peyvəndin klinik tədarükünü təsdiqləyib”.

Qeyd edək ki, İngiltərə hökuməti dərman şirkətləri olan "Pfizer” və "Biontech”dən alınan koronavirus peyvəndinin istifadəsini təsdiqləyib.

OXŞAR XƏBƏRLƏR