Logo

Qarabağ NATO-nun müzakirə obyektində

Qarabağ NATO-nun müzakirə obyektində
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
NATO-nun xarici işlər nazirləri dekabrın 1-2-də videokonfrans formatında keçiriləcək Şimali Atlantika Şurasının iclasında Dağlıq Qarabağ məsələsini müzakirə edəcəklər.

Sfera.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.

"Nazirlər Rusiyanın Alyans ətrafında hərbi fəallığının genişləndirilməsinə cavab olaraq daha nələr edə biləcəyimizi müzakirə edəcəklər. Rusiya nüvə arsenalını müasirləşdirir və yeni raketlər buraxır, uzaq şimaldan Liviya və Suriyaya qədər yeni qüvvələr ortaya qoyur. Biz, həmçinin Dağlıq Qarabağ və Belarusdakı böhranlar nəticəsində Rusiyanın hərbi mövcudluğunu artırdığını görürük", - deyə NATO Baş katibi vurğulayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR