Bayden heyətinin daha bir qismini də açıqladı

Bayden heyətinin daha bir qismini də açıqladı
ABŞ-ın yeni Prezidenti Co Bayden heyətinin daha bir qismini də açıqlayıb.

Sfera.az  xəbər verir ki, Bayden  KİV-ə açıqlamasında ilk dəfə Ağ Evdə rabitəyə nəzarət edəcək heyətin qadınlardan ibarət olacağını bildirib.  

O, sözügedən komandanı "müxtəlif, təcrübəli və istedadlı” kimi xarakterizə edib:

"Amerikalılarla doğru şəkildə əlaqə qurmaq Prezidentin ən vacib vəzifələrindən biridir. Bu komandaya xalqı Ağ Evlə əlaqələndirmək üçün məsuliyyətli bir iş həvalə olunub”.

Həmçinin Bayden və vitse-prezident Kamala Harris Ağ Evin yeni sözçüsünün Cennifer Psaki olacağını açıqlayıb. Psaki Barak Obama dövründə Ağ Evdə çalışıb, sözçünün köməkçisi olub.

Həmçinin Ağ Evin rabitə direktoru Kate Bedinfield, müavini Pili Tobar, mətbuat üzrə katibə Karine Jean-Pierre, Kamala Harrisin rabitə üzrə direktoru Ashley Etienne olacaq.

OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...