Rusiyada bir gündə 27 minə yaxın yoluxma - Qonşu ölkələrdə son vəziyyət

Rusiyada bir gündə 27 minə yaxın yoluxma - Qonşu ölkələrdə son vəziyyət
 Rusiyada son bir gündə 26 min 683 yeni yoluxma faktı qeydə alınıb.
 
Sfera.az "worldometers"ə istinadən bildirir ki, 24 saat ərzində 459 pasiyent ölüb, bununla da vəfat edənlərin sayı 39 min 527 nəfərə çatıb. İndiyədək koronavirusa yoluxan 1 761 457 nəfər sağalıb.

Ölkə üzrə ümumilikdə 2 milyon 269 min 316 nəfər insan koronavirusa yoluxub.

Gürcüstanda son 24 saat ərzində daha 4 426 nəfərdə "COVID-19” aşkarlanması ilə ölkədə koronavirusa yoluxma halı 132 min 368-ə çatıb.

Ölkədə sutka ərzində daha 35 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 1 230-a çatıb. Ümumilikdə sağalanların sayı isə 110 min 049 nəfərdir.

Ermənistanda son sutka ərzində daha 1 174 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 134 min 768 nəfərə çatıb. Daha 21 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 2 142-yə çatıb. Ümumilikdə sağalanların sayı isə 107 min 364 nəfərdir.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə, martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 yanvar 2021-ci ilə qədər uzadılıb.

OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...