Fransa Türkiyəyə qarşı sanksiya tətbiqinə çalışır

Fransa Türkiyəyə qarşı sanksiya tətbiqinə çalışır
"Röyters” xəbər agentliyi Fransa, Yunanıstan və Cənubi Kiprin Türkiyə iqtisadiyyatını hədəf alan sərt sanksiyaların tətbiqi barədə məqalə dərc edib.

Sfera.az xəbər verir ki, xəbərdə qeyd olunub ki, Fransa Şərqi Aralıq dənizi böhranı ilə bağlı Avropa İttifaqına (Aİ) təzyiq göstərir. Bildirilib ki, sanksiyaların irəli sürülməsinə baxmayaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan geri addım atmır.

Vurğulanıb ki, Avropa Parlamenti (AP) və Aİ Türkiyəyə qarşı sanksiya tətbiq edilməsini tələb edən bir qərar imzalayıb. Avropa Parlamenti 631 lehinə, 3 əleyhinə və 59 bitərəf səslə Kipri dəstəkləyən qanunu qəbul edib.
Məqalədə Cənubi Kiprin Aİ liderlərinə daha əvvəl Türkiyəyə qarşı sanksiyalar tətbiq olunması barədə addımlar atılması təklifi irəli sürdüyü bildirilib.

Qeyd olunub ki, Avropa Parlamenti Ərdoğanın bu ay Şimali Kipr ziyarətindən sonra belə bir qərara gəlib.

Həmçinin xəbərdə yazılıb ki, AP Türkiyənin Aralıq dənizində təbii qaz axtarışında olduğu qənaətinə gəlib və rəsmi Ankara iddiaları rədd edir.

OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...