Dönər qadağan edildi!

Dönər qadağan edildi!
Ruslar buna etiraz edir, hökumət isə qərarlıdır
Moskva bələdiyyəsi şəhərdə dönər satışının qadağan olunacağı ilə bağlı rəsmi açıqlama yayıb. 

Sfera.az xəbər verir ki, bu qərar ruslar tərəfindən xoş qəbul olunmayıb. Rusiyanın Türkiyə ilə gərginləşən münasibətlərindən sonra turizm və ticarət sektorunda qardaş ölkəyə tətbiq etdiyi embarqolar sadə xalqın maraqlarına zərbə vurur. 

Son olaraq 14 ton kahının "xəstəlik” bəhanəsi ilə Türkiyəyə geri göndərilməsi, ardınca Türkiyədən gələn badımcanın yoxlamadan keçirilməsi ciddi müzakirə mövzusuna çevrilmişdi. 

Türkiyənin "Milliyyet” qəzetinin xəbərinə görə, Moskva bələdiyyəsinin ticarət və xidmət sektorunun rəhbəri Aleksey Nemeryuk bir radio proqramında "Şaurmanı küçələrdən yığışdıracağıq” təhdidini edib. Dönərlərin heç bir tibbi qaydalara uyğun gəlmədiyini iddia edən A.Nemeryuk kafe sahiblərinin də təhlükəsizlik tədbirləri görmədiyini vurğulayıb. 

Maraqlıdır ki, sadə ruslar da bələdiyyə sədri Sergey Sobyanini tənqid edərək, hüquqlarının pozulduğunu deyiblər. 

Sosial mediada isə "Çox yaşa şaurma” mənasını daşıyan #ShaurmaZhivi etiketi ilə paylaşımlar edilib.
 
musavat.com


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...