Logo

Ərdoğandan balaca Aydaya daha bir jest

Ərdoğandan balaca Aydaya daha bir jest
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmir zəlzələsində 91 saat sonra sağ çıxarılan Ayda Gezgini evində ziyarət edəcək.

Sfera.az xəbər verir ki, bunu Ərdoğan Ayda ilə görüntülü telefon danışığı zamanı deyib.

"Ayda, mən səni çox sevirəm. İzmir səfərində mütləq sizin ailənizin qonağı olacağam”.

Ayda isə "biz də sizi çox sevirik”, - deyə ölkə başçısına cavab verib.

Xatırladaq ki, Ayda Gezgin oktyabrın 30-u İzmirdə 6,8 bal gücündə baş vermiş zəlzələ nəticəsində çökmüş binanın altından 91 saat sonra sağ çıxarılmışdı.

Jalə Mehdi

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR