Putindən yüksək gəlirli vətəndaşlarla bağlı QƏRAR

Putindən yüksək gəlirli vətəndaşlarla bağlı QƏRAR
Rusiyada yüksək gəlirli vətəndaşlardan daha çox vergi alınacaq.

Publika.az xəbər verir ki, bu barədə dövlət başçısı Vladimir Putin qanun imzalayıb.

Qanunun koronavirus pandemiyasının zərərləri ilə mübarizə çərçivəsində imzalandığı bildirilir.

Qeyd edək ki, V.Putin 2001-ci ildə bütün ölkə vətəndaşlarından bərabər səviyyədə vergi alınmasını ehtiva edən qanunu təsdiqləmişdi.

Hazırkı qanunun anonsu iyun ayında prezidentin xalqa müraciətində verilmişdi. Putin aylıq 5 milyon rubldan (65 min dollar) çox qazanc əldə edən vətəndaşların gəlir vergisinin 13 faizdən 15 faizə çıxarılmasını təklif etmişdi.

Qanuna əsasən, 1 yanvar 2021-ci ildən etibarən yüksək gəlirli Rusiya vətəndaşlarından 15% miqdarında gəlir vergisi alınacaq. Bununla dövlət büdcəsinə 2021-ci ildə 60, 2020-ci ildə 64, 2022-ci ildə isə 68,5 milyard rubl gəlir daxil olacaq. Əlavə gəlir ağır və nadir rast gəlinən xəstəliklər daşıyan uşaqların müalicəsi üçün istifadə ediləcək.

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda rusdilli məktəblər BAĞLANIR?

Azərbaycanda rusdilli məktəblərin bağlanacağı ilə bağlı iddia var. Valideynlər deyirlər ki, bu barədə məktəblə bağlı "WhatsApp" qruplarına bildirişlər...

Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb

Azərbaycanla Özbəkistan arasında iqtisadi tərəfdaşlığın şaxələndirilməsi istiqamətində bir sıra sənədlər imzalanıb.     Sfera.az xəbər v...

Sahibkarların sığortaya təşviqi məqsədilə yeni əməkdaşlıq quruldu

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Elmar Mirsalayevlə Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Mürsəl...

“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA

Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi olmuş polkovnik Mirzə Cəlilovun cinayət işinin təfərrüatı məlu...

Rusiyanın 5 hava limanı fəaliyyətini dayandırdı

İjevsk hava limanı müvəqqəti olaraq reysləri qəbul etmir.   Sfera.az xəbər verir ki, bu barədə “Rosaviatsiya” məlumat yayıb.   ...

Məktəblərimizdə Çin dili tədrisi uğurlu olacaq? - AÇIQLAMA

Elm və Təhsil Nazirliyi Azərbaycan məktəblərində Çin dilinin tədrisini təşviq etməyi planlaşdırır. Bu təşəbbüs cəmiyyət və təhsil mütəxəssisləri arasında müxtəl...