Logo

Zelenski koronavirusdan sağaldı

Zelenski koronavirusdan sağaldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Koronavirusa yoluxmuş Ukrayna prezidenti Vladimir Zelenski növbəti COVID-19 testinin nəticəsinin mənfi olduğunu və adi rejimdə işinin başına qayıtdığını açıqlayıb.

Sfera.az xəbər verir ki, o, bu barədə teleqram kanalında yayımladığı videomüraciətində ​​bildirib.

"Əhval-ruhiyyə xoşdur, temperatur 36,6 dərəcədir. Testin nəticəsi mənfi olduğundan özüm də müsbət əhval-ruhiyyədəyəm. Bankovadayam (Ukrayna prezidentinin ofisinin yerləşdiyi küçə - red.), işləyirik”, - o söyləyib.

Xatırladaq ki, V.Zelenski noyabrın 9-da koronavirusa yoluxduğunu bildirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR