Bir gecədə 747 nəfər qaydanı pozub - 2 milyona yaxın məbləğdə cərimə yazıldı
Kateqoriya məlum deyil
İstanbulda karantin qaydasını pozan 747 nəfərə, ümumilikdə 1 milyon 729 min 723 lirə məbləğində cərimə yazılıb.
Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı İstanbul valisi Ali Yerlikaya sosial media hesabında yazıb.
"21-22 noyabr tarixlərində komendant saatını pozan 747 nəfərə 1.729.723 lirə cərimə yazıldı. Özümüzü, ailəmizi, şəhərimizi qorumaq üçün tədbirlərə əməl edək”, - deyə Ali Yerlikaya qeyd edib.
Jalə Mehdi
Sfera.az






