Logo

Gürcüstan parlamentinə seçkilərin ikinci turu başa çatdı

Gürcüstan parlamentinə seçkilərin ikinci turu başa çatdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Gürcüstanda parlament seçkilərinin 17 majoritar dairə üzrə keçirilən II turu yekunlaşıb.

Sfera.az xəbər verir ki, Tbilisi və bölgələrdə 1 923 seçki məntəqəsi saat 20:00-da bağlanıb.

Səsvermə prosesi seçici passivliyi fonunda keçib. Belə ki, Mərkəzi Seçki Komissiyasının açıqladığı son məlumata əsasən, saat 17:00-a seçici fəallığı 21% təşkil edib. İkinci mərhələ seçici fəallığı üzrə istənilən nəticə ilə baş tutmuş hesab olunacaq.

Qeyd edək ki, seçkilərin I mərhələsi oktyabrın 31-də keçirilib. Gürcüstan müxalifəti seçkilərin nəticələrini tanımadığından II turda iştirak etməyib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR