FED sədrindən vacib açıqlama: "Narahatlıq yaradan vəziyyət"
Sfera.az xəbər verir ki, bunu ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauel deyib.
Pauel ABŞ əyalətlərinin bəzilərində karantin tədbirlərinin başladığını vurğulayıb: "Narahatlıq yaradan vəziyyət insanların pandemiyanı cilovlamaq çabalarına olan inamı itirmələri və özlərini infeksiya riski altına salacaqları düşüncəsi ilə fəaliyyətdən çəkinmələridir".
Pauel COVID-19 peyvəndi ilə bağlı xəbərlərin orta müddət üçün yaxşı təsir göstərdiyini, ancaq yaxın zamanlarda çətinlik və qeyri-müəyyənliklərin davam edəcəyini bildirib: "Bərpa prosesi başa çatmayıb, hələ uzun bir yol var. İqtisadiyyat həm maliyyə, həm də pul siyasətindən dəstək almağa davam edəcək”.
FED sədri pandemiyanın artmasından narahatlığını da ifadə edib: "Bu vəziyyət insanları iqtisadi fəaliyyətdən çəkindirə bilər. Nəticədə iqtisadiyyatı bir az da yavaşılayar.
Epidemiyanın iqtisadi təsirlərinə qarşı bankın həyata keçirdiyi proqramları ləğv etmək hələ tezdir. Uyğun vaxt gələndə - bu zamanın çox yaxında olduğunu düşünmürəm - bu vasitələri bir kənara qoyacağıq".






