"Tramp ötən həftə İranın ən böyük nüvə obyektinə hücum etmək istəyib" - "New York Times"

Dünya
14:14 / 17.11.2020
3291
Prezident seçkilərində rəqibi Co Baydenə məğlub olan və Ağ Evdə son günlərini yaşayan Donald Trampın İranın Natanz nüvə zənginləşdirmə obyektinə hücum etmək istəyib.
Sfera.az xəbər verir ki, bu iddianı "New York Times" nəşri işıqlandırıb.
Nəşrin yazıdığına görə, məsləhətçiləri belə bir hücumun riskləri olduğu barədə ona xəbərdarlıq etdikdən sonra Tramp hücum fikrindən daşınıb.
Bildirilir ki, ötən həftə Tramp İranın ən böyük nüvə obyektinə hərbi hücum variantları ilə bağlı təkliflər tələb edib. Ancaq ABŞ-ın vitse-prezidenti Mayk Pens, Dövlət katibi Mayk Pompeo, ABŞ-da müdafiə naziri vəzifəsini icra edən Kristofer Miller, Baş Qərargah rəisi Mark Milley onu bu fikirdən daşındırıb. Onlar təkidlə bildiriblər ki, belə bir addım daha böyük münaqişələrə səbəb olacaq. Bu tövsiyələrdən sonra Tramp əsəbləəşərək iclası tərk edib.
Bu iclasın beynəlxalq müstəntiqlərin İrana təqdim edilən zənginləşdirilmiş uran miqdarında əhəmiyyətli artım olduğunu bəyan etməsindən sonra baş tutduğu da vurğulanır.
Ağ Ev hələlik məsələyə münasibət bildirməyib.
Xatırladaq ki, Beynəlxalq Atom Enerjisi Agentliyi ötən həftə Tehranın az zənginləşdirilmiş uran ehtiyatının nüvə sazişində müəyyən edilmiş səviyyədən çox olduğunu və uran zənginləşdirmə həddini aşmağa davam etdiyini elan edib.
Aysel
Sfera.az