Bu şəhərlərdə də karantin rejimi tətbiq olunacaq : iş yerləri bağlanacaq

Bu şəhərlərdə də karantin rejimi tətbiq olunacaq : iş yerləri bağlanacaq
İranda yenidən karantin rejimi sərtləşdirilir. 

Sfera.az xəbər verir ki, noyabrın 21-dən etibarən, paytaxt Tehran başda olmaqla, 31 əyalətin 25-də "məcburi" xarakter daşımayan bütün iş yerləri bağlanacaq. Çörək bişirmə sexləri, xalqın əsas qida ehtiyaclarını ödəyən mərkəzlər, eləcə də xəstəxanalar fəaliyyətini davam etdirəcək. Vəziyyətdən asılı olaraq iş yerlərində çalışanların sadəcə üçdə biri işə gedə biləcək.

25 əyalətə giriş-çıxışa məhdudiyyətlər qoyulacaq. "Yüksək riskli" yerlərdə avtomobillər şəhər kənarına çıxa bilməyəcək, şəhərlərarası səyahət qadağan ediləcək. 

Qeyd edək ki, İranda sutka ərzində 486 nəfər virusdan ölüb. 1 353 nəfərin testi pozitiv çıxıb. Ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayı 41 979, yoluxanların sayı 775 121 nəfər təşkil edir.

 

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...