Logo

Ərdoğanla görüşdən sonra Azərbaycan üçün “Çırpınırdı Qara dəniz”i oxudu – VİDEO

Ərdoğanla görüşdən sonra Azərbaycan üçün “Çırpınırdı Qara dəniz”i oxudu – VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Türkiyənin paytaxtı Ankaranın keçmiş meri Melih Gökçek məşhur "Çırpınırdı Qara dəniz” mahnısını ifa edib.

Sfera.az xəbər verir ki, bir neçə gün öncə Prezident Rəcəb Tayyib Ərdoğanla görüşən Melih Gökçekin sosial media hesabındakı paylaşımı izləyicilərin marağına səbəb olub.

Evinin həyətində qaladığı tonqalın ətrafında "Çırpınırdı Qara dəniz”i oxuyan partiya sədrinin şən əhval-ruhiyədə olması da diqqət çəkib.

Qeyd edək ki, AKP-nin keçmiş simalarına yenidən müxtəlif vəzifələrin tapşırıldığı bir vaxtda Prezidentlə görüşən Melih Gökçekin də aktiv siyasətə qayıdacağı təxmin edilir. Görüşün səbəbi barədə heç bir rəsmi açıqlama verilməyib.

Jalə Mehdi

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR