Logo

Karantin məhdudiyyətləri bu tarixədək LƏĞV EDİLMƏYƏCƏK

Karantin məhdudiyyətləri bu tarixədək LƏĞV EDİLMƏYƏCƏK
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Koronavirusun əhali arasında yayılma təhlükəsi səbəbindən müxtəlif ölkələrdə tətbiq olunan məhdudiyyətlər dünyada 2021-ci ilin ortalarına qədər aradan qaldırılmayacaq.

Bu barədə Oksford Ekonomiks analitik şirkətinin mütəxəssisləri proqnoz verib.

Bildirilib ki, iqtisadi genişləmə ümumi vaksinasiyadan və COVID-19-a qarşı insan immunitetindən asılıdır: "Hərtərəfli peyvənd proqramının həyata keçirilməsi aylarla davam edəcək, bu da onu təsdiqləyir ki, pandemiya ilə bağlı məhdudiyyətlərin tədricən aradan qaldırılması prosesi dünyada yalnız 2021-ci ilin ortalarında başlayacaq".

Xatırladaq ki, koronavirus infeksiyası riskini azaltmaq üçün vətəndaşlar sadə qaydalara riayət etməlidirlər: maskalar taxın, əllərinizi yaxşıca yuyun və sosial məsafəni qoruyun. Simptomlar ortaya çıxsa, həkimə müraciət edin. (publika.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR