Çin ölkənin ən zəngin adamını sıxışdırır
Sfera.az xəbər verir ki, mənbələrin dediyinə görə, buna səbəb iş adamının hökumət haqqında tənqidi açıqlamalarıdır.
Məsələn, oktyabrın 24-də Cek Ma nitqi zamanı ölkə başçısından iqtibas gətirərək yüksək texnologiyalar sahəsindəki mövcud qaydaları mənfi dəyərləndirib. Bu cür açıqlamalar iş adamının öz şəxsi nüfuzunu yüksəltmək, eyni zamanda tənzimləmə orqanlarının fəaliyyətini şübhə altına qoymaq kimi qəbul olunub.
Mənbələrdən biri qeyd edib ki, dövlət başçısı Si Szinpin vətəndaşların şəxsi varidatına əhəmiyyət verməyərək insanın varlanandan sonra da şəxsi mənafeyini ölkə mənafeyi ilə uzlaşdırmaq bacarığını əsas götürür.
Xatırladaq ki, "Ant Group”un İPO-sunun dünyada ən böyük qiymətli kağızlar yerləşdirilməsi olacağı gözlənilirdi. İndiyədək ən böyük İPO ötən ilin sonunda "Saudi Aramko”ya dair keçirilmişdi.///Report






