Yerevanın polis rəisi hökumətin əmrlərini yerinə yetirməkdən imtina etdi
Kateqoriya məlum deyil
Ermənistan polisinin rəhbəri Vaqe Kazaryan Yerevanın polis rəisi, polkovnik Armen Qasparyanı vəzifəsindən azad edib.
Sfera.az bildirir ki, bu barədə Ermənistan KİV xəbər yayıb.
Yerevan polisinin başçısı noyabrın 9-da işdən çıxarılıb. Məlumata görə, Qasparyan ölkə rəhbərliyinin əmrini yerinə yetirməkdən imtina etdiyinə görə tutduğu vəzifədən azad olunub.






