Logo

Ermənilər Xankəndini boşaltmaqda davam edir

Ermənilər Xankəndini boşaltmaqda davam edir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənilər Azərbaycanın işğal altında olan Xankəndi şəhərini tərk etməyə davam edir.

Sfera.az xəbər verir ki, "İzvestiya” nəşrinin mənbələrinə istinadən yaydığı məlumata görə, artıq bütün qadınlar və uşaqlar şəhərdən çıxarılıb. Nəşrin hərbi dairələrdəki mənbəyi bildirib ki, yaxınlıqdakı şəhərlərdə də vəziyyət gərgin olaraq qalır.

Bir neçə gün öncə özünü Xankəndinin "mer”i kimi təqdim edən David Sarkisyan da "Sputnik Ermənistan”a açıqlamasında bildirmişdi ki, sentyabrın 27-də Dağlıq Qarabağda hərbi əməliyyatlar başlayana qədər şəhərdə 56 min sakin yaşayıb. İndi isə bu rəqəm 17 min və ya əhalinin təxminən 30% -ni təşkil edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR