Kreml Putinlə bağlı iddiaları təkzib etdi
Kateqoriya məlum deyil
Rəsmi Kreml
Putinin xəstə olduğu ilə bağlı iddiaları təkzib edib.
Sfera.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib.
"Putinin səhhəti əladır və o, istefa verməyəcək", - deyə Peskov bildirib.
Qeyd edək ki, İngiltərənin "The Sun" qəzetində Putinin Parkinson xəstəliyinə tutulduğu üçün gələn ilin yanvar ayında istefa verəcəyini iddia edən hesabat yayımlanıb.
Sfera.az
Əzizə Zeynal






