Logo

Pentaqonun rəhbəri istefa verir

Pentaqonun rəhbəri istefa verir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
ABŞ müdafiə naziri Mark Esper öz istəyi ilə istefa ərizəsini hazırlayıb.

Sfera.az xəbər verir ki, bu barədə NBC teleşirkəti Pentaqondakı üç mənbəyə istinadən məlumat yayıb.

M.Esperin istefası ilə bağlı son qərarın ABŞ-ın hazırkı prezidenti Donald Tramp tərəfindən veriləcəyi bildirilir. Məlumata əsasən, Pentaqon rəhbərinin bu addımı D.Trampın seçkilərdən sonra onu istefaya göndərməyi planlaşdırması ilə bağlıdır.

Xatırladaq ki, avqustun əvvəlində "Bloomberg" agentliyi D.Trampın prezident seçkilərində qalib gələcəyi təqdirdə M.Esperi vəzifəsindən uzaqlaşdırmağı düşündüyünü bildirmişdi.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR