Logo

Ölkə boyu iş yerləri bağlandı - COVID-19-a görə

Ölkə boyu iş yerləri bağlandı - COVID-19-a görə
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Bütün Türkiyədə iş yerləri saat 22:00-dan qapanacaq”.

Sfera.az-ın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasının, ölkə boyu, xüsusilə də İstanbulda çox artdığını vurğulayan prezident deyib ki, restoran, kafe, şadlıq evləri, nikah salonları, bərbərxanalar, konsert salonları, teatrlar, kinoteatrlar, istirahət mərkəzləri, müalicəvi termal su obyektləri və bu kimi yerlərin fəaliyyəti yerli vaxtla saat 22.00-da başa çatacaq.

R.T.Ərdoğan COVID-19-un yayılma sürətindən asılı olaraq qarşıdakı həftələrdə məktəblərdə  əyani təhsilin dayandırılması məsələsinin də aktual olduğunu  bildirib.

Prezident Türkiyə istehsalı olan yeni növ koronavirus peyvəndinin gələn ilin yaz aylarından tətbiq olunmasının nəzərdə tutulduğunu deyib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR