Gürcüstanda daha bir nazir özünü təcrid etdi
Kateqoriya məlum deyil
Gürcüstanın təhsil naziri Mixeil Çxenkeli özünü cəmiyyətdən təcrid edib.
Sfera.az xəbər verir ki, nazirin ailə üzvündə koronavirus aşkarlanıb.
Hazırda M.Çxenkelidə COVID-19-a xas simptomlar müşahidə olunmur və o, özünü yaxşı hiss edir.
Qeyd edək ki, ölkənin iqtisadiyyat naziri Natia Turnava ötən gündən özünütəcrid rejiminə keçib.
(report)






