Özünütəcrid edən ÜST rəhbəri koronavirus testi verməyib

Dünya
11:26 / 03.11.2020
1751
Özünütəcrid edən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş
direktoru Tedros Adhanom Qebreyesus ilə bağlı
maraqlı məlumat yayılıb.
Sfera.az xəbər verir ki, hər fürsətdə hər kəsə israrla COVID-19 testindən keçməyi məsləhət görən ÜST rəhbəri özü test verməyib.
Buna əsas kimi isə onda koronavirusun simptomlarınınolmaması göstərilib.
"Vəziyyəti yaxşıdır, virusla əlaqəli bir simptom yoxdur. Hazırda evdə karantin vəziyyətindədir. Uzaqdan işləyir və dünyanı dəstəkləməyə davam edir ”- ÜST-ün fövqəladə vəziyyətlər üzrə baş eksperti Mayk Rayan bildirib.
Xatırladaq ki, ÜST rəhbəri karantində olması haqqında məlumatı özünün "Twitter” hesabındayazmışdı.
Jalə Mehdi
Sfera.az