Türkiyədə zəlzələ qurbanlarının sayı 39-a yüksəldi - Yeniləndi

Türkiyədə zəlzələ qurbanlarının sayı 39-a yüksəldi - Yeniləndi
Türkiyənin İzmir əyalətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 28-ə, xəsarət alanların sayı isə 885-ə yüksəlib.

Sfera.az xəbər verir ki, məlumatı Türkiyə KİV yayıb.

Dağıntılar altından 100-dən çox insan çıxarılıb.

İzmirdə məktəblər bir həftəlik bağlanıb.

Qeyd edək ki, oktyabrın 31-də İzmirdə 6,6 bal gücündə zəlzələ olub.
 
***

İzmirdə baş verən zəlzələ nəticəsində həlak olanların sayı 35-ə yüksəlib.

Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Son məlumatlara əsasən, 885 nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib. Onlardan təxminən 20 nəfərin vəziyyəti ağırdır.

Oktyabrın 30-da baş verən zəlzələdən indiyədək ərazidə 543 afterşok qeydə alınıb. Onlardan 37-si 4 baldan yüksək olub.

Hadisə yerini Türkiyənin vitse-prezidenti Fuat Oqtay da ziyarət edib.
 
***

Türkiyənin qərbindəki İzmir vilayətində 6,6 ballıq zəlzələ nəticəsində ölənlərin sayı artıb.

Sfera.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələ nəticəsində həlak olanların sayı 37 nəfərə yüksəlib. Təbii hadisə zamanı həmçinin 885 nəfər xəsarət alıb. Hazırda 9 binanın dağıntıları altında axtarışlar aparılır.

Bundan başqa, İzmirə gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koordinasiya mərkəzində ərazidə aparılan axtarış-xilasetmə işləri ilə tanış olub.

***

Zəlzələdə ölənlərin sayı daha 2 nəfər artaraq 39 olub. 

Bu barədə Sfera.az Türkiyə KİV-nə istinadən xəbər verir.






OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Sensasion iddia

Minval.az redaksiyasına anonim məktub daxil olub.   Sfera.az sözügedən sayta istinadla xəbər verir ki, anonim məktubda 2024-cü ilin dekabrında q...

Tramp Qəzzada atəşkəsin gələn həftə əldə olunacağına ümid edir

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında atəşkəsin növbəti həftə əldə olunacağına ümid etdiyini deyib. Sfera.az xəbər verir ki, jurnalistlrə açıqla...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

1 iyul tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyində görüş...

"Qarabağ" Niderland, Ukrayna və Avstriya komandaları ilə qarşılaşacaq

"Qarabağ"ın Avstriyada keçiriləcək təlim-məşq toplanışındakı yoxlama oyunlarının vaxtı və rəqibləri müəyyənləşib.   Sfera.az  Ağdam tə...

Avstraliyada qasırğa: Sidney aeroportu işini dayandırdı

Avstraliyada tüğyan edən qasırğa Sidney hava limanının işinin pozulmasına səbəb olub.   Sfera.az xəbər verir ki, Sidney hava limanında 20-dən ço...

Rusiya iyul ayında bu əraziləri ələ keçirib

ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, Rusiya 2025-ci ilin iyun ayında Ukraynada 588 kvadratkilometrlik əraziyə nəzarəti ələ keçirib....