Trampın fiquru məşhur muzeydəki zibil qutusuna yerləşdirildi
Kateqoriya məlum deyil
Berlində yerləşən məşhur "Madam Tyusso” muzeyi ABŞ Prezidenti Donald Trampın fiqurunu zibil qutusuna yerləşdirib.
Sfera.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə muzey açıqlama da yayıb.
Muzeydən bildirilib ki, ABŞ-da prezident seçkiləri ərəfəsində belə bir aksiya rəmzi xarakter daşıyır.
"Madam Tyusso” muzeyi olaraq biz ehtiyat tədbiri kimi Donald Trampın fiqurunu yığışdırmaq qərarına gəldik”, - açıqlamada qeyd edilib.
ABŞ-da prezident seçkiləri noyabrın 3-də baş tutacaq.






