Evtanaziyaya razı oldular, marixuanaya "yox" dedilər

Dünya
16:46 / 30.10.2020
2455
Yeni Zelandiyada oktyabrın 19-da keçirilən referendum gözlənilməz nəticələnib.
Sfera.az-ın xarici mətbuata istinadən məlumatına görə, ölkə əhalisi evtanaziyaya "bəli”, marixuanaya "yox” deyib.
Vətəndaşların yüzdə 65,2-si evtanaziyanın lehinə, yüzdə 33,8-i isə əleyhinə səs verib.
Lakin marixuananın leqallaşdırılması yalnız 46,1 faiz səs toplaya bilib.
Referendumun rəsmi nəticələri 6 noyabrda elan ediləcək. Bir il sonra, yəni 6 noyabr 2021-ci ildə isə qüvvəyə minəcək.
Jalə Mehdi
Sfera.az