Logo

Trampın bank hesabından 2,3 milyon dollar oğurlandı

Trampın bank hesabından 2,3 milyon dollar oğurlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
ABŞ prezidenti Donald Trampın seçki kampaniyası üçün istifadə edilən bank hesabına haker hücumu olub.

Sfera.az xəbər verir ki, ölkədə keçiriləcək prezident seçkilərinə günlər qala Respublikaçılar Partiyasından prezidentliyə namizəd Trampın hesabından 2,3 milyon dollar oğurlanıb.

Partiya səlahiyyətliləri bu oğurluğun seçki prosesinə çox zərər verəcəyini ifadə ediblər.

Xatırladaq ki, noyabrın 3-də ABŞ-da prezident seçkiləri keçiriləcək. Demokrat Co Bayden Trampın ən güclü rəqibi hesab olunur.

Jalə Mehdi

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR