Logo

Pandemiya ən birinci bu ölkədə başa çatacaq

Pandemiya ən birinci bu ölkədə başa çatacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
İsveç koronavirus pandemiyasına son qoymaq üçün lazım olan 60-70%-lik kütləvi immunitetə çatan ilk ölkə ola bilər.

Sfera.az xəbər verir ki, bu barədə rusiyalı həkim-immunoloq, xüsusi təhlükəli infeksiyalar üzrə mütəxəssis Vladislav Jemçuqov deyib.

"Hər kəsin nümunə gətirdiyi İsveçi qeyd edərdim. Virus sərbəst buraxılıb. Bu, epidemiyaya qarşı kollektiv immunitet qazanmaq üçün yaxşı prinsipdir. Onlar yavaşlamamağa, tam sürətlə getməyə qərar verdilər. Özlərinə tam güvəndilər. Ağır xəstələrin çoxunu xilas etmək üçün lazım olan kafi miqdarda süni nəfər aparatına, oksigen balonlarına, reanimasiya palatalarına, dərman vasitələrinə malik olduqlarından əmin idilər. Hazırda İsveçdə çox sayda koronavirusa yoluxma halı qeydə alınıb, ancaq ölüm sayı azdır. Düşünürəm ki, İsveç immunitet təbəqəsinin 60-70% səviyyəsinə çatan ilk ölkə olacaq. Hamı xəstələnib sağalacaq, xəstələnməyən adam qalmayacaq. Bax, bu, pandemiyanın bitdiyinin göstəricisidir”, - həkim qeyd edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR