Erməni vandalizminə qarşı bu ölkədə də aksiya keçirildi
Diasporla İş üzrə Dövlət Komitəsindən Sfera.az-a bildirilib ki, Lüksemburqdakı azərbaycanlı icmasının təşəbbüsü ilə keçirilən aksiyada Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərinin, Tərtər, Goranboy, Bərdə, Yevlax, Ağdam və digər rayonların erməni silahlı qüvvələri tərəfindən ağır artilleriya atəşinə tutulması Ermənistanın ölkəmizə qarşı apardığı təcavüzkar siyasətin davamı olduğu bildirilib. Aksiya iştirakçıları beynəlxalq ictimaiyyəti Azərbaycanın haqq səsini eşitməyə və Ermənistanın törətdiyi vandalizm aktlarına biganə qalmamağa çağırıblar.
Aksiyada Gəncə terrorunun qurbanlarını anmaq məqsədilə meydana rəmzi olaraq ayaqqabılar düzülüb, şəhər sakinlərinə Dağlıq Qarabağla bağlı bukletlər paylanıb. Müxtəlif dillərdə "Qarabağ Azərbaycandır!”, "Gəncə üçün dua et!”, "Gəncə cəbhə bölgəsi deyil”, "Uşaq ölümünə son qoyun”, "Erməni terrorçuluğuna son qoyun!”, "Ermənistan, BMT qətnamələrinə əməl et!” kimi şüarlar səsləndirilib.






