Terror ilə üz-üzəyik - Lukaşenko

Terror ilə üz-üzəyik - Lukaşenko
Terror təhdidilə qarşı-qarşıyayıq.

Sfera.az xəbər verir ki, bunu Belarusun Prezidenti Aleksandr Lukaşenko deyib.

Lukaşenko konstitusiya dəyişikliyi hazırlıqlarının müzakirə ediləcəyi Milli Məclisin 6-cı iclasında ölkədəki siyasi vəziyyətlə bağlı açıqlamalar verib.

O, ölkədəki dəmir yollarına sabotaj cəhdləri edildiyini qeyd edib: "Bu, dəmir yollarında ciddi qəzalara, fəlakətlərə və insan itkisinə yol aça bilər. Bunlar terror əlamətləri olan mütəşəkkil cinayətkar qrupların cəhdləridir. Terror təhdidi ilə üz-üzəyik”.

Qeyd edək ki, Belarusda 9 avqustda keçirilən prezident seçkilərində Aleksandr Lukaşenko 80,1% səslə 6-cı dəfə prezident seçilmişdi. Bundan sonra müxalif dəstəkçilər ölkədə kütləvi etiraz aksiyasına başlamışdı. Lukaşenko müxaliflərin qırmızı xətti keçdiyini, yerdə qalan digər qrupların isə daha da radikallaşdığını bildirir.


OXŞAR XƏBƏRLƏR

Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya

BMT Rusiya ilə Azərbaycan arasında münasibətlərdə artan gərginlikdən xəbərdardır və ümid edir ki, ölkələr öz fikir ayrılıqlarını diplomatik yollarla həll edəcək...

Eks-səfir:"Yaranmış vəziyyət bütün region üçün kifayət qədər riskli və həssasdır"

“Rusiya İmperiyası bütün tarixi dönəmlərində ərazisində yaşayan digər xalqları hər zaman əzərək milli qürurunu və xasiyyətini sındırıb özünə tabe etmə siy...

Putin Makronla telefonda danışdı

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu barədə Yelis...

Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilir.   Sfera.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində Ülviyyə Şükürovan...

Azərbaycana qarşı aparılan dezinformasiya kampaniyasına dair - AÇIQLAMA

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyasına dair açıqlama yayıb.   ...

Əhməd Hacıyev də saxlanıldı

“Lukoyl”​ şirkətlər qrupunun Uraldakı istehsalat birliyinin rəhbəri Əhməd Hacıyevin də saxlanıldığı bildirilir.   Sfera.az xəbə...