Türkiyədə terror aktı törədildi
Kateqoriya məlum deyil
Türkiyənin Hatay şəhərində partlayış olub.
Sfera.az xəbər verir ki, partlayış Hatayda, İskəndərun ərazisində qeydə alınıb. Hadisə yerinə çoxlu sayda polis, xilasedici və tibb işçisi cəlb edilib. Partlayış zamanı avtomobillərə, yaşayış binasına ziyan dəyib.
Ərazi mühasirəyə alınıb. İlkin ehtimala görə hadisə terror aktı kimi qiymətləndirilir.
Hadisənin təfərrüatı açıqlanmır.






