Pakistan baş naziri “Facebook”u anti-islam məzmunlu fikirləri bloklamağa çağırdı

Pakistan baş naziri “Facebook”u anti-islam məzmunlu fikirləri bloklamağa çağırdı
Pakistanın Baş naziri İmran Xan "Facebook” şirkətinin rəhbəri Mark Zukerberqə sosial şəbəkədə anti-islam məzmunlu fikirlərin qadağan olunması istəyi ilə müraciət edib. 

Sfera.az xəbər verir ki, o, müraciətini "Twitter” hesabında yazıb. 

"Sosial media platformalarında şiddət və böhtanların çoxaldığını nəzərə alaraq, "Facebook”da əvvəllər holokosta qarşı olan qadağanın İslamofobiya və İslama nifrət məsələsinə də tətbiq olunmasını xahiş edirəm”, - İ.Xan bildirib.

Onun sözlərinə görə, dünyanın müxtəlif hissələrində müsəlmanlara qarşı təzyiqlər artıb. O, əsasən də Fransada Məhəmməd Peyğəmbərin karikaturasının yayılmasını, eləcə də Hindistandakı anti-müsəlman qanunlarını xatırladıb. 

Pakistan baş naziri qeyd edib ki, İslam Fransada terrorçuluqla əlaqələndirilməyə başlayıb. 

"Bu da Fransadakı müsəlmanların daha da qütbləşməsinə və kənarlaşdırılmasına səbəb olacaq”, - deyə o əlavə edib.

OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...