İsrail hökuməti Bəhreynlə razılaşmanı təsdiqlədi

İsrail hökuməti Bəhreynlə razılaşmanı təsdiqlədi
Oktyabrın 25-də İsrail hökuməti həftəlik iclasda səsvermə zamanı yəhudi dövləti ilə Bəhreyn arasındakı münasibətlərin normallaşdırılmasına dair razılaşmanı təsdiqləyib.

Sfera.az xəbər verir ki, bu barədə Armeyskoe radio ("Qaley Tsaxal”) məlumat yayıb.

Məlumata görə, Bəhreynlə müqavilə İsrail Nazirlər Kabineti tərəfindən yekdilliklə təsdiqlənib.

Xatırladaq ki, Bəhreynlə İsrail arasında diplomatik münasibətlərin qurulduğuna dair məlumat oktyabrın 19-da yayılmışdı. Krallığın Xarici İşlər naziri Abdel Lətif bin Rəşad az-Zayani bildirmişdi ki, müvafiq saziş yüksək rütbəli İsrail nümayəndə heyətinin səfəri zamanı Manamada imzalanıb: "Biz İsraillə diplomatik münasibətlərin qurulması haqqında saziş imzalamışıq. Biz sülh və dialoq yoluna sadiqik, Yaxın Şərqdə ədalətli və hərtərəfli sülh əldə edilməlidir. İki dövlətin - İsrail və Fələstinin birgəyaşayışına dair qərar beynəlxalq qətnamələrə və ərəb sülh təşəbbüsünə uyğun olaraq 2002-ci ildə əldə edilməli idi”.

OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...