“ABŞ-ın Əfqanıstanda olması təhlükəsizlik üçün yaxşıdır” - Putin

“ABŞ-ın Əfqanıstanda olması təhlükəsizlik üçün yaxşıdır” - Putin
"ABŞ hərbçilərinin Əfqanıstanda davamlı olması ümumi təhlükəsizlik üçün faydalıdır”.

Sfera.az "TASS” agentliyinə istinadən məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin "Rossiya 1” telekanalında "Moskva.Kreml.Putin” proqramında bildirib.

"İlkin olaraq Əfqanıstanda Amerika qoşunlarının olmasını dəstəkləyirdik, bir vaxtlar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsinə səs verdik. Hələ də amerikalıların Əfqanıstanda olmasının xarici maraqlarımıza zidd olmadığına inanıram.

Əksinə, ABŞ-ın hərbi kontingentlərini geri çəkməyə hazırlaşdıqları deyilən zaman , - bəli, rəsmi mövqeyimiz ondan ibarət idi ki, bu bir növ əfqan barışığı üçün əlavə şərtlər yarada bilər ,- ancaq şəxsən mən düşünürəm ki, bir çox risklər də yaranır. Birincisi, sabitliyi qorumaq üçün əlavə pul ayırmaq məcburiyyətində qalacağıq. İkincisi, hər şeyə baxmayaraq amerikalıların Əfqanıstanda olması ölkədəki sabitliyə kömək edir və onların getməsi risklər yaradır”, - deyə Putin qeyd edib.

Eyni zamanda, o, iki ölkənin xüsusi xidmət orqanlarının bu istiqamətdə işlərinin davam etdirilməsinə də diqqət çəkib: "Amerikalıların Əfqanıstandakı işləri bizim tərəfimizdən antiterror işi kimi qəbul edilir”.

OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...