İranda güclü zəlzələ qeyd alındı
Kateqoriya məlum deyil
İranın Qəzvin bölgəsində 5,4 bal gücündə zəlzələ baş verib.
Sfera.az xəbər verir ki,bu barədə məlumatı Tehran universitetinin Seysmoloji Mərkəzi yayıb. Məlumata görə, zəlzələ Qəzvinin Buyin rayonunun Zehra kəndində - 10 kilometr dərinlikdə baş verib.
Yeraltı titrəyişlər nəticəsində itkilər barədə hələlik rəsmi açıqlama verilməyib.






