Almaniyada Gəncə terroruna qarşı etiraz yürüşü keçirildi

Almaniyada Gəncə terroruna qarşı etiraz yürüşü keçirildi
Almaniyanın Bielefeld şəhərində yaşayan soydaşlarımız Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə Bielefeld Hauptbahnhof stansiyasından Kundgebung meydanına doğru yürüş edib. Azərbaycan və türk icmalarının iştirak etdiyi yürüş Ermənistan ordusunun Azərbaycanın bir sıra rayon və şəhərlərini, o cümlədən Gəncə şəhərini raket atəşinə tutması nəticəsində mülki şəxslərin qətlə yetirilməsinə etiraz olaraq təşkil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Sfera.az-a verilən məlumata görə, yürüş iştirakçıları Ermənistan silahlı qüvvələrinin dinc əhalini hədəf almasını insanlığa qarşı törədilən cinayət adlandırıb, işğalçı və terror siyasəti yürüdən Ermənistanın bəynəlxalq hüquq normalarını kobud şəkildə pozduğunu bildiriblər.

Yürüş iştirakçıları müxtəlif dillərdə "Qarabağ Azərbaycandır!”, "Gəncə üçün dua et!”, "Erməni terrorçuluğuna son!”, "Mülki insanlar toxunulmazdır!”, "Uşaq ölümünə son!”, "Biz terrora yox deyirik”, "İşğalçı dövləti dəstəkləməyin!”, "Ermənistan - BMT qətnamələrinə əməl et!” "Ermənistana inanma”"Ermənistanın işğalına son!” "Ermənistanın təcavüzünə son” "Erməni terroruna son” şüarlar səsləndiriblər.


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...