Logo

İran ABŞ-a nota verdi

İran ABŞ-a nota verdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
İran İslam Respublikası ABŞ rəsmiləri tərəfindən guya Tehranın ABŞ-da keçiriləcək prezident seçkilərinə müdaxilə etməsi ilə əlaqədar açıqlamalarını rədd edir.

Sfera.az xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə deyib.

S.Xətibzadənin sözlərinə görə, bununla əlaqədar ABŞ-ın İrandakı mənafeyini qoruyan İsveçrənin Tehrandakı səfiri Mark Laytner İran Xarici İşlər Nazirliyinə çağırılıb və ona nota təqdim olunub:

"Tehran üçün ABŞ-da namizədlərdən hansının prezident olmasının heç bir fərqi yoxdur. ABŞ rəsmilərinin İrana qarşı irəli sürülən açıqlamaları reallığı əks etdirmir”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR