Logo

İrandan Ermənistana sonuncu XƏBƏRDARLIQ

İrandan Ermənistana sonuncu XƏBƏRDARLIQ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
İran rəsmiləri ölkə ərazisinin atəşə tutulması ilə bağlı növbəti dəfə Ermənistana xəbərdarlıq edib.

Sfera.az xəbər verir ki, İran XİN-nin mətbuat katibi Səid Xətibzadə Qarabağda gedən döyüşlər zamanı ölkə ərazisinə mərmilərin düşdüyünü və bununla bağlı münaqişə tərəflərinə xəbərdarlıq etdiklərini söyləyib.

"Vətəndaşlarımızın təhlükəsizliyi bizim üçün qırmızı xətdir. Ordumuz lazımlı xəbərdarlıqları edərək qarşı tərəfin izahatını dinləyib. Biz İran ərazisinə istənilən, o cümlədən səhv nəticəsində edilən hücuma cavab verəcəyik”.

Xatırladaq ki, Ermənistan artilleriyası Araz çayı boyu gedən döyüşlər zamanı İran ərazisini də bir neçə dəfə atəşə tutub.

(modern.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR