Niaqara şəlaləsi bayrağımızın rənglərinə boyandı - VİDEO
Kateqoriya məlum deyil
Oktyabrın 18-də Kanadanın məşhur Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Sfera.az xəbər verir ki, bu, 18 Oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyinin 29-cu ildönümü münasibətilə Amerika Orta-Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin səyləri nəticəsində reallaşıb.
Şəlalə axşam saatlarında Azərbaycan bayrağının göy, qırmızı və yaşıl rənglərinə boyanıb.






